AZ

Hakan Fidan Şimali Kipr Türk Respublikasında səfərdədir

İstanbul, 8 yanvar, Günel Karatepe, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Hakan Fidan Şimali Kipr Türk Respublikasında (ŞKTR) işguzar səfərdədir.

AZƏRTAC xəbər verir ki, bu vəsilə ilə Hakan Fidan Lefkoşada ŞKTR-nın xarici işlər naziri Tahsin Ertuğruloğlu ilə görüşüb.

Səfər çərçivəsində Türkiyənin XİN başçısı Şimali Kipr Prezidenti Ersin Tatar ilə görüşəcək. Görüşdən sonra Hakan Fidan ilə Ersin Tatarın mətbuata birgə açıqlama vermələri nəzərdə tutulub.

 

Seçilən
18
2
azertag.az

3Mənbələr