AZ

“Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsi gündəmdə deyil” - Mirzoyan

“Rusiya hərbi bazasının Ermənistandan çıxarılması məsələsi hazırda gündəmdə deyil”.

Missiya.Az “Hraparak” nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan məlumat verib.

“Rusiya sərhədçiləri müvəqqəti olaraq yerləşdirilib və onlar Ermənistan Respublikasına xidmət göstəriblər”, - deyə siyasətçi vurğulayıb.

Mirzoyan qeyd edib ki, İrəvan Ermənistanla İran arasında fəaliyyət göstərən keçid məntəqəsinə də tam nəzarəti öz üzərinə götürüb.

“Deyə bilərəm ki, Ermənistanla Türkiyə arasında aktiv açıq sərhəd olarsa, biz bu məsələni də müzakirə edib nəzərdən keçirə bilərik”, - siyasətçi bildirib.

Xatırladaq ki, Rusiya hərbi bazası Moskva ilə İrəvan arasında 1995-ci ildə imzalanmış dövlətlərarası müqaviləyə əsasən Ermənistanda yerləşir. 20 avqust 2010-cu ildə Rusiya və Ermənistan müqavilənin müddətini 2044-cü ilə qədər uzadıb.

 

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
33
missiya.az

1Mənbələr