AZ

Aİ-nın Ermənistandan çıxacağı tarix bəlli oldu - RƏSMİ İRƏVAN

Ajans.az xəbər verir ki, bu bəyanatla Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri Ararat Mirzoyan çıxış edib.

“Mən vurğulamağı vacib hesab edirəm ki, Aİ-nin mülki missiyasının müşahidəçiləri Ermənistan və Azərbaycan sərhədində davam edir ki, bu da mühüm amildir”, - diplomat bildirib.

Onun sözlərinə görə, Ermənistanla Azərbaycan arasında bölünməmiş sərhəd olduğu müddətdə Ermənistan belə monitorinqin aparılmasının zəruriliyindən əmindir.

Ötən ilin martında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədin delimitasiyası və demarkasiyasının praktiki mərhələsinin başlandığını elan edib. Paşinyan vurğulayıb ki, Ermənistan sərhədyanı yaşayış məntəqələrinin təhlükəsizliyini təmin etməyə çalışır.

Seçilən
21
Ajans.az

1Mənbələr