AZ

ABŞ-ın Ukraynaya silah tədarükü üzrə aparıcı koordinatoru istefa verib

ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin müavini Laura Kuper istefa verib.

Herbiand.az bildirir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadən xəbər verir.

Nəşr yazır ki, xanım Kuper Rusiyanın hərbi əməliyyatı başlayandan bəri Amerikanın Ukraynaya hərbi yardımının çatdırılmasında mühüm rol oynayıb.

Laura Kuper 20 ildən çox Pentaqonda işləyib. Kiyevdə onu danışıqlarda vicdanlı vasitəçi hesab edirlər. Xanım Kuperin özü də Ukrayna hökumətinin bir çox nümayəndələri ilə yaxşı münasibətdədir. Politico onun işdən çıxarılmasını Donald Trampın prezident seçkilərində qələbəsi ilə əlaqədar ABŞ Müdafiə Nazirliyində artan narahatlıqla əlaqələndirir. Yeni administrasiyanın məmur kadların sayını azaltması gözlənilir.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
33
1
herbiand.az

3Mənbələr