AZ

Ararat Mirzoyan: “QarabağınAzərbaycanın tərkibində olması danılmaz faktdır” – ÖZƏL

Olaylar.az xəbər verir ki, yanvarın 8-də  2024-cü ilin yekunlarına həsr olunmuş   mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bəyan edib ki, atəşkəs rejimi qurulduqdan sonra müzakirə olunan bütün variantlar Dağlıq Qarabağın  Azərbaycanın tərkibinə daxil edilməsini nəzərdə tutub.

"Bu, danılmaz faktdır," - deyən nazir əlavə edib ki, yalnız bir variant bu prinsipdən fərqli idi. "Bu, Mehrinin dəyişdirilməsi məsələsi idi, yəni Dağlıq Qarabağın Ermənistanın suveren ərazisinin bir hissəsinə dəyişdirilməsi," - Mirzoyan vurğulayıb.

Sənədlərin ictimaiyyətə açıqlanması məsələsinə toxunan nazir bildirib ki, Ermənistan hakimiyyəti danışıqlar prosesinə aid bütün sənədləri sistemləşdirmək üzərində işləyir.

"Bu sənədlərin sistemli şəkildə təqdim edilməsinə ehtiyac var və hazırda bu proseslə məşğuluq. Proses başa çatdıqdan sonra riskləri qiymətləndirəcək və sənədlərin açıqlanıb-açıqlanmamasına qərar verəcəyik. Ermənistanda bu sənədlərin bir hissəsinə malik olan şəxslər və ofislər var. Təklif edirəm ki, onları dərc etsinlər və onların dövründə hansı müzakirələrin aparıldığını görək," - deyə nazir əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
39
olaylar.az

1Mənbələr