AZ

Rusiyadan qovulan miqrantların sayı artır - REKORD RƏQƏM

2024-cü ildə 80 mindən çox əcnəbi vətəndaş və vətəndaşlığı olmayan şəxs miqrasiya qanunvericiliyini pozduqlarına görə, Rusiyadan məcburi şəkildə çıxarılıb.

 

Sfera.az xəbər verir ki, bu haqda məlumatı TASS Rusiyanın Federal Məhkəmə İcraçıları Xidmətindəki (FSSP) mənbələrə istinadən yazıb.

 

Müqayisə üçün bildirək ki, 2023-cü ildə Rusiya Federasiyasından 44,2 min miqrant qovulub. 2024-cü ildə qovulanların sayı 36 min nəfərdən çox artıb. 2024-cü ildə yalnız Moskvadan 18 min əcnəbi qovulub.

 

Ümumilikdə, son bir ildə Rusiyada xarici vətəndaşlara qarşı ölkədən çıxarılma, deportasiya və readmissiya ilə bağlı qəbul edilən qərarların sayı xeyli artıb. Rusiya rəsmi dairələri təhlükəsizlik məqsədilə bu cür addımları atdığını bildirir.

 

Vasif

Sfera.az

 

Seçilən
29
sfera.az

1Mənbələr