AZ

Mikel Arteta “Nyukasl”a məğlubiyyətə aydınlıq gətirdi

“Arsenal”ın baş məşqçisi Mikel Arteta İngiltərə Liqa Kubokunun “Nyukasl”la ilk yarımfinal oyundakı ev məğlubiyyətini (0:2) şərh edib.

Arena.az BBC-yə istinadən, ispan mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bu, Premyer Liqadakı (“Nyukasl” – “Arsenal” – 1:0, İngiltərə Premyer Liqasının 10-ci tur oyunu – redaktorun qeydi) ilə müqayisədə fərqli oyun idi.

“Hər şeyi fürsətlərin gerçəkləşdirilməsi həll etdi. Müvafiq nəticə oyunun mahiyyətini əks etdirmir. Biz üstün idik, amma fürsətlərimizi gerçəkləşdirə bilmədik. Bunsuz isə qalib gəlmək mümkünsüzdür. Top qapıda peyda ola biləcəyi vaxt, qapı tirinin üstündən keçdi. Belə fürsətləri əldən verəndə və gərəksiz qollar buraxanda oynamaq həmişə çətindir”, deyə Arteta narazılığını ifdə edib.

İspan mütəxəssis evdə 0:2 hesablı məğlubiyyət mənzərəsində, səfərdəki cavab oyunun yekununda, “topçular”ın yarışın finalına vəsiqə qazana bilmək imkanı ilə bağlı sualı da cavablayıb:

“Əvvəl-axır, bu nəticə artıq keçmişdə qalıb – geriyə dönüş yoxdur, indi əsas odur ki, növbəti oyun haqqında düşünək və bu, bizim gerçəyimiz, bizim dünyamızdır. Yarışın yalnız birinci yarısı ötüb-keçib. Komandamın necə oynadığını, bir çox vəziyyətlərdə və çox yaxşı rəqibə qarşı necə davrandığımızı görəndə deməliyəm ki, mən, finala yüksələ biləcəyimizə tamamilə inanıram”, deyə Mikel Arteta əminliklə vurğulayıb.

Xatırldaq ki, cavab görüşündə “Nyukasl” “Arsenal”ı fevralın 5-də qəbul edəcək.

Seçilən
36
arena.az

1Mənbələr