AZ

Arne Slot “Tottenhem”lə oyundan gözləntisini açıqladı

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Liqa Kubokunun yarımfinalında “Tottenhem”ə qarşı ilk oyundan gözləntisini açıqlayıb.

Arena.az “Liverpul”un rəsmi saytına istinadən, niderlandlı mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Hər iki komandanın o qədər aydın siması və oyun tərzi var ki, məncə, insanların çoxu yenidən belə bir xüsusu (“Tottenhem” – “Liverpul” – 3:6, İngiltərə Premyer Liqasının 17-ci tur oyunu – redaktorun qeydi) görəcəyini gözləyirlər. Onların da öz kimliyi var, bizim də öz kimliyimiz və hər iki komanda bu kimliyi bir-birinə sırımağa çalışır. İki həftə öncəki səfər oyununda biz özünəməxsusluğumuzu nümayiş etdirə bildik. Amma oyunda elə müəyyən məqamlar oldu ki, onlar nə qədər yaxşı komanda olduqlarını göstərdilər. Bizə qarşı oyunda üç qol vurmaq da nailiyyətdir. Bilirəm ki, bu oyunda altı qol vurmuşuq, amma indiyə qədər bizə qarşı üç qol vura bilmiş komandalar azdır”, deyə Arne Slot vurğulayıb.

Xatırldaq ki, “Tottenhem” – “Liverpul” oyunu bu gün, yanvarın 8-də keçiriləcək. Hakim oyunu Bakı vaxt ilə saat 00:00-da (9 Yanvar) başladacaq.

Seçilən
30
arena.az

1Mənbələr