Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Sədərək rayonu, Sədərək bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
YAP Sədərək rayon təşkilatının sədri Arif Qasımov YAP-ın seçki proqramı barədə ətraflı məlumat verib. O, partiya sıralarının gündən-günə artmasının, sosial bazasının daha da möhkəmlənməsinin xalqın Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyinin, Prezident İlham Əliyevin siyasətinə birmənalı dəstəyinin bariz nümunəsi olduğunu deyib.
Seçki qərargahının üzvü Sirac Qarayev, bələdiyyə üzvlüyünə namizədlər - Zakir Zamanov, Müslüm Əliyev, Zümrüd Rzazadə və Yolçu Ələkbərov ötən müddət ərzində yerli özünüidarəetmə orqanlarının fəaliyyətindən söz açıblar. Onlar bu sahədə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün seçiciləri YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
Seçicilər Süleyman Tağıyev, Lətif Allahyarov, Oruc Abbdullayev və digərləri yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində xalqın inamını qazanmış YAP-ın namizədlərinə səs verəcəklərini bildiriblər. “Yeni Azərbaycan Partiyasına güvənirik!”,- deyə vurğulanıb.