AZ

Patrik Kluyvert rəsmən İndoneziya yığmasında

Niderland millisinin və “Barselona”nın sabiq futbolçusu Patrik Kluyvert İndoneziya yığma komandasına baş məşqçi təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə İndoneziya Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb.

Rəsmi açıqlamada bunlar qeyd olunub: “İndoneziya Futbol Assosiasiyası (PSSI) rəsmi olaraq Patrik Kluyverti İndoneziya millisinin yeni baş məşqçisi təyin edib. Niderlandlı mütəxəssislə 2 illik müqavilə imzalanıb. Sözləşmənin uzadıması imkanı da var. İşlədiyi müddətdə Kluyvertlə köməkçi məşqçilər kimi niderlandlı mütəxəssislər – Aleks Pastor və Danni Landzat çalışacaqlar. Bundan əlavə, iki yerli – indoneziyalı mütəxəssis onun köməkçisi olacaq”.

Xatırladaq ki, Patrik Kluyvert futbolçu karyerası ərzində isə “Ayaks”, “Milan”, “Barselona”, “Nyukasl”, “Valensiya”, PSV və “Lill”də çıxış edib.

Kluyvert məşqçiliyə 2008-ci ildə Niderlandın “Alkmar” klubunda başlayıb. O, “Brisban Roar”, “NEC Neymegen”, “Ayaks” klublarında, Niderland yığmasında da köməkçi məşqçi kimi çalışıb. Baş məşqçi kimi ilk işi “Tvente”nin gənclərdən ibarət komandasına təsadüf etmiş Kluyvert sonralar Kurasao yığmasına rəhbərlik edib. Onun sonuncu iş yeri Türkiyənin “Adana Dəmirspor” klubu olub. Niderlandlı mütəxəssis “mavi-lacivərdlilər”lə çıxdığı 20 matçda, 8 qalibiyyət, 6 bərabərlik və 6 məğlubiyyət alıb. Kluyvert 2023-cü ilin dekabr ayında Türkiyə klubundan ayrılandan bəri işsiz idi.

Sonda onu da vurğulayaq ki, Kluyvert İndoneziya yığmasının baş məşqçisi postunda Cənubi Koreyadan olan Şin Tae Yonu əvəz edib. 54 yaşlı mütəxəssis 2020-ci ilin yanvar ayından bu komandaya rəhbərlik edirdi. O, İndoneziya yığmasını meydana çıxardığı 57 oyunda 26 qələbə, 14 heç-heçə, 17 məğlubiyyət görüb.

Seçilən
20
arena.az

1Mənbələr