AZ

Suriyanın yeni liderinin ilk xarici səfəri bu ölkəyə olacaq

Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əş-Şəra ilk xarici səfərini Türkiyəyə edəcək.

Publika.az xəbər verir ki, bu barədə "Yeni Şafak" qəzeti yazıb.

Nəşrin məlumatına görə, səfər yaxın günlərdə baş tutmalı idi, lakin proqramdakı dəyişikliklərlə əlaqədar təxirə salınıb.

Səfər zamanı əş-Şəranın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü planlaşdırılır.

Seçilən
49
publika.az

1Mənbələr