Bakı. Trend:
Ağdam şəhərində Mərkəzi parkın tikintisi işlərinə sərf olunacaqvəsaitin həcmi açıqlanıb.
Trend-in əldəetdiyi məlumata görə, artıq bununla bağlı Ağdam, Füzuli və Xocavəndrayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti müəyyən işlərəbaşlayıb.
Qurum parkın tikintisi işlərinə 8,7 milyon manat vəsaitin sərfolunacağını proqnozlaşdırıb.
Qeyd edək ki, 2023-cü ilin dekabrında təməli qoyulan parkın 5hektar ərazini əhatə edəcək. Mərkəzi parkın ümumi ərazisi dördzonaya ayrılacaq. Şəhər meydanı, Botanika bağı, Çəmənlik və Meşəlikzonalarında mədəni-kütləvi tədbirlərin keçirilməsi üçün şəraityaradılacaq. Burada, həmçinin, su oyun zonaları, çay evləri,istirahət və iaşə obyektləri, mədəni və öyrədici meydançalar,təhsil və sağlamlıq sahələri və aktiv oyun zonaları fəaliyyətgöstərəcək.
Müxtəlif ağac növlərinin və dekorativ kolların əkiləcəyi Ağdamşəhər Mərkəzi parkında istirahət etmək, idmanla məşğul olmaqistəyənlər üçün imkan yaradılacaq.