AZ

Azərbaycan Milli QHT Forumuna "Böyük Manipulyator" kitabı hədiyyə edildi

Baku Initiative Group Bakı Təşəbbüs Qrupu tərəfindən Milli QHT Forumuna Mark Endeveldin 2019-cu ildə yazdığı "Böyük Manipulyator - Emmanuel Macron və onun gizli şəbəkələri" əsərinin Azərbaycan dilində tərcümə edilmiş nəşri hədiyyə olunub.

QHT.az xəbər verir ki, bu barədə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli məlumat verib. Onun sözlərinə görə, əsərin müəllifi yazır ki, "Fransa Xarici İşlər Nazirliyinin təcrübəli bir diplomatı təəssüflə qeyd edir ki, "Makronun Afrika siyasəti yoxdur. Onun Afrika ölkələri ilə bağlı planları sinizim xarakteri daşıyır. Makron və onun ətrafı üçün yalnız bir şey vacibdir - "biznes". Afrika ölkələrində insanlar onların heç vecinə də deyil".

"Dünən Prezident Ilham Əliyev yerli telekanallara müsahibəsində də qeyd edir ki: “…hazırkı fransız hakimiyyətinin müdaxilə etdiyi hər yerdə, birincisi, rüsvayçı şəkildə uğursuzluq baş verir, ikincisi, onlar yalnız intriqa gətirirlər... təbii sərvətlərini talamaq və xalqları əzmək, assimilyasiyaya məruz qoymaq, onları öz mənliyindən, dilindən, mədəniyyətindən məhrum etmək vəhşilikdir. Bu, heç bir ölkəyə şərəf gətirmir. Son illərə qədər bütün bunlar ört-basdır edilirdi. Heç kim bu barədə danışmırdı, heç kim o bölgələrin insanlarını heç yerə dəvət etmirdi… biz, əlbəttə, dövlət olaraq öz sözümüzü deyirik. Amma qeyri-hökumət təşkilatlarımız, əlbəttə ki, bu işləri davam etdirməlidirlər”.

 

Pərvanə Fərhadqızı

Seçilən
26
qht.az

1Mənbələr