AZ

Prezidentin tarixi müsahibəsi - RƏY

"Prezident yerli telekanallara verdiyi müsahibədə faktiki olaraq bütün məsələlərə toxunub".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri deputat Aydın Mirzəzadə saytımıza verdiyi açıqlamada deyib.

Bildirib ki, birinci dəfə deyil ki, Prezident gündəlik məşğul olduğu və Azərbaycanın milli maraqlarının qorunmasına yönələn məsələlər barəsində müsahibə verir:

"Bu müsahibələri Azərbaycan Prezidentinin xalq qarşısında hesabatı kimi də dəyərləndirmək olar. Hər bir vətəndaş bütün məsələlərə dair birbaşa Azərbaycan rəhbərliyindən məlumat aldı. Prezidentin çıxışına iqtisadiyyatdan başlaması heç də təsadüfi deyil. İqtisadiyyat ölkənin əsas inkişaf göstəricisidir. Atılan addımlar, düşünülmüş siyasət Azərbaycan iqtisadiyyatının günü-gündən inkişafını göstərir. Bu isə müsabət nəticələrə gətirib çıxarır. Azərbaycan manatı stabildir. Azərbaycanın valyuta ehtiyyatı maksimum 72 min ABŞ dollarına çatıb". 

A.Mirzəzadə deyir ki, işğaldan azad olunan zonalarda 30 minə yaxın əhali yaşayır: "Digər müzakirə olunan məsələlər isə Ermənistanla olan münasibətlər, Azərbaycanın beynəlxalq birlikdə rastlaşdığı məsələlərdir. Hər birinə dair Prezident İlham Əliyevin mükəmməl cavabı oldu. Azərbaycan vətəndaşı öz liderinin səlahiyyətlərinə məsuliyyət ilə yanaşdığının şahidi oldu", - deyə o qeyd edib.

Millət vəkili Naqif Həmzəyev isə deyib ki, qarşımızda duran hədəflər və onların həlli yolları ilə də bağlı Prezident İlham Əliyev çox maraqlı açıqlamalar verib: "Azərbaycanın uğurları və yaratdığı yeni reallıqlar fonunda dövlət başçısının verdiyi açıqlamalarn və verdiyi mesajlar onu deməyə imkan verir ki, biz növbəti illərdə də Azərbaycanın inkişaf etdirilməsi, mövqeyinin gücləndirilməsi və Azərbaycanın daxili, xarici siyasətinin eyni xətlə davam etdirilməsinin həyata keçirəcəyik. Xüsusən də ölkəmizin gündəliyində mövcud olan məsələlər öz əhəmiyyətini və önəmini qoruyub saxlayacaqdır. Prezidentin verdiyi bütün mesajlar və açıqlamalarda, həm əhalinin sosial iqbalının yaxşılaşdırılması, iqtisadiyyatımızın gücləndirilməsi, yol infrastruktur layihələrinin yenilənməsi, Qarabağa böyük qayıdışın uğurla həyata keçirilməsi, gənclərimizin təhsilinə yatırımların artırılması, həm də Azərbaycanın balansalaşdırılmış xarici siyasətinin davam etdirilməsi, sülh gündəliyinin qüvvədə qalması qənaətinə gəlmək olar". 

N.Həmzəyev deyir ki, biz Azərbaycanın yeni layihələri ortaya qoyacağı qənaətinə gəlirik. Prezidentin 3 saatdan çox verdiyi müsahibə bizlərdə çox byük inam yaratdı. Azərbaycan nəyin bahasına olursa, olsun ərazi bütövlüyünü qoruyub saxlayacaqdır. Azərbaycanın sosial rifahı hər keçən gün daha da artacaq.

Seçilən
38
operativmm.az

1Mənbələr