AZ

Cinayətdə təqsirləndirilən Hindistan vətəndaşı Monakoya təhvil verilib

Bakı. Trend:

Cinayətdə təqsirləndirilən Hindistan vətəndaşı Monakoya təhvilverilib.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətininməlumatında deyilir.

Qeyd edilib ki, Monako Knyazlığının hüquq mühafizə orqanlarıtərəfindən iqtisadi sahədə cinayətlər törətməkdə təqsirləndirilərəkbeynəlxalq axtarışa elan edilmiş 1991-ci il təvəllüdlü HindistanRespublikasının vətəndaşı Rathore Devanshunun verilməsinə dairMonako Knyazlığının səlahiyyətli orqanının vəsatəti baxılması üçünBaş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinəgöndərilib.

Bildirilib ki, qeyd olunan şəxs 2024-cü ilin iyun ayındaölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiriseçilib.

"Ekstradisiya haqqında" Avropa Konvensiyasına və ona ƏlavəProtokollara əsasən məhkumun ekstradisiyası haqqında qərar qəbuledilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusikonvoyunun müşayiəti ilə Monako Knyazlığının səlahiyyətliorqanlarına təhvil verilib.

Seçilən
21
49
az.trend.az

10Mənbələr