AZ

Britaniyada Maskın tənqidindən sonra cinsi cinayətlərin araşdırılmasına icazə verilib

Britaniyada Maskın tənqidindən sonra cinsi cinayətlərin araşdırılmasına icazə verilib

Böyük Britaniya hökuməti azyaşlı qızların geniş yayılmış cinsi istismarı ilə bağlı milli araşdırmaya icazə verir. Bunu "Sky News"a müsahibəsində Böyük Britaniya Daxili İşlər Nazirliyinin rəis müavini Cess Fillips deyib."Heç nə istisna edilmir. Əgər qurbanlar mənə gəlsələr və desələr ki, milli araşdırma aparılmalıdır, mən onları dinləyəcəm", - dey o bildirib. Söhbət İngiltərənin şimalındakı Oldham, Rotherham, Rochdale, Telford və bir sıra digər şəhərlərdə 1980-ci illərin sonu və 1990-cı illərin əvvəlindən 2010-cu illərin ortalarına qədər əsasən Pakistandan gəlmiş immiqrantlar tərəfindən törədilmiş uşaqların zorlanması və cinsi istismarından gedir. Keçən həftə məlum oldu ki, Fillips bu cinsi cinayətlər və polisin reaksiyası ilə bağlı milli araşdırma başlatmaqdan imtina edib. O, belə bir araşdırmanın Rotherham və Telfordda olduğu kimi, yerli səviyyədə aparılmasını təklif etdi. "Daily Telegraph" onun imtinasını müsəlman seçiciləri uzaqlaşdırmaq istəməməsi kimi qiymətləndirir.Bundan sonra amerikalı iş adamı İlon Mask Fillipsin “həbsxanada olmağa layiq” olduğunu və İngiltərənin baş naziri Keyr Starmerin İngiltərənin şimalında yetkinlik yaşına çatmayan qızlara qarşı törədilən cinsi cinayətlərə şərik olduğunu bəyan etdi. "Starmer istefa verməli və mühakimə olunmalıdır" - deyə iş adamı bildirib.İyul ayında Leyboristlər hökumətini təhvil alan Starmer 2008-2013-cü illərdə Krallıq Prokurorluğu Xidmətinə rəhbərlik edib və əvvəllər etiraf edib ki, bəzi hallarda polis və prokurorlar irqçilikdə ittiham olunmaqdan qorxaraq, etnik və dini azlıqların nümayəndələrini təqib etməkdən yayınırlar. BBC-nin məlumatına görə, Rotherham araşdırması təkcə 1997-2013-cü illər arasında 1400-ə yaxın uşağın cinsi zorakılığa məruz qaldığını, bu cinayətləri əsasən də Pakistan əsilli britaniyalıların törətdiyini müəyyən edib. Telford araşdırması həmçinin 40 il ərzində təxminən 1000 qızın cinsi istismara məruz qaldığını müəyyən edib. Təkcə bu iki şəhərdə 100-dən çox insan törədilmiş cinayətlərə görə məhkum edilib.

Seçilən
27
afn.az

1Mənbələr