AZ

“Ankara ilə etimad münasibətləri yaranarsa, rus sərhədçiləri çıxarıla bilər”


“İrəvanla Ankara arasında etimad münasibətləri yaranarsa, Ermənistan Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən çıxarılması məsələsinə baxmağa hazırdır”.
Yeniavaz.com
xəbər verir ki, bunu mətbuat konfransında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindən mümkün geri çəkilməsi ilə bağlı sualı cavablandırarkən deyib.
“Rusiya sərhədçiləri müvəqqəti olaraq Zvartnots hava limanında və İranla sərhəddə yerləşib və Ermənistana öz xidmətlərini təklif ediblər. Ermənistan bunu təkbaşına edə bilənə qədər bu davam edəcək. Müəyyən mərhələdə biz müstəqil olaraq Zvartnotsda və Ermənistan-İran sərhədində xidmət etməyə başladıq. Əgər Ermənistanla Türkiyə arasında işlək və açıq sərhəd olarsa, etimad olarsa, biz bu məsələni müzakirə edib nəzərdən keçirə bilərik”, - nazir deyib.
Seçilən
39
yeniavaz.com

1Mənbələr