Rusiya Zaporojyeni vurdu – 13 nəfər öldü
Rus qoşunları Zaporojye şəhərinin sənaye infrastrukturuna hücum edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi idarəsinin rəhbəri İvan Fedorov məlumat yayıb.
Bildirilib ki, zərbə nəticəsində 13 nəfər həlak olub, daha 29 nəfər yaralanıb.