Bakı. Trend:
Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşlar qeyri-müəyyənmüddətə dayandırılır.
Trend xəbərverir ki, bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuatxidmətinin məlumatında deyilir.
"Son zamanlar Rusiyanın Kazan şəhəri üzərində hava məkanınınmütəmadi olaraq bağlanması səbəbindən Azərbaycan Hava Yolları(AZAL) aviaşirkəti uçuşların təhlükəsizliyinin təmin edilməsiməqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşlarıqeyri-müəyyən müddətə dayandırır.
Bu istiqamət üzrə bileti olan sərnişinlər ödənişin tam geriqaytarılması və ya biletlərin ödənişsiz dəyişdirilməsi hüququnamalikdirlər. Bunun üçün onlar [email protected] elektron poçtünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.
AZAL mövcud vəziyyəti diqqətlə izləməyə davam edir vəsərnişinləri dəyişikliklər barədə məlumatlandıracaq", - AZAL-danbildirilib.