AZ

Avropa İttifaqının xüsusi nümayəndəsi ilə Azərbaycan və Ermənistan arasında normallaşma prosesi müzakirə olundu (FOTO)

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikasının xarici işlər nazirinin müaviniElnur Məmmədov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusinümayəndəsi Maqdelina Qrononun rəhbərlik etdiyi nümayəndə heyətiilə görüşüb.

Xarici İşlər Nazirliyindən Trend-ə bildirilib ki, xüsusi nümayəndə MaqdelinaQrono görüşün əvvəlində “Azərbaycan Hava Yollarına” məxsustəyyarənin faciəli şəkildə qəzaya uğraması ilə bağlı başsağlığınıifadə edərək, Avropa İttifaqının qəza baş verdikdən dərhal sonrayardım göstərməyə hazır olduğunu Azərbaycan tərəfinə çatdırdığınıqeyd edib.

Görüşdə Azərbaycan və Avropa İttifaqı arasında ikitərəfli vəçoxtərəfli əməkdaşlıq gündəliyi, regional təhlükəsizlik məsələləri,o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesininperspektivləri müzakirə olunub.

Görüş zamanı iqtisadiyyat-ticarət, enerji, nəqliyyat vəkommunikasiyalar sahələrində Azərbaycan-Avropa İttifaqıəməkdaşlığının vacibliyi qeyd olunub. Avropanın enerjitəhlükəsizliyində Azərbaycanın oynadığı rola toxunularaq, gələcəkdəAzərbaycandan yaşıl enerji resurslarının Avropaya ixracını nəzərdətutan layihələrin reallaşması ilə bu rolun daha da artacağına dairümidvarlıq ifadə olunub.

2024-cü ilin noyabr ayında Azərbaycanın BMT-nin İqlimDəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının29-cu sessiyasına (COP29) uğurlu ev sahibliyi etməsi fonunda ətrafmühitin qorunması, ekoloji təhdidlərə qarşı mübarizə və yaşıl keçidkimi ölçülərin Azərbaycan-Avropa İttifaqı əməkdaşlıq gündəliyininzənginləşdirilməsi işinə mümkün töhfəsindən danışılıb.

Nazir müavini E.Məmmədov görüş zamanı Azərbaycanın öz ərazibütövlüyünü və suverenliyini bərpa etdikdən sonra bölgədəki sonvəziyyət, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi layihəsiüzərində aparılan danışıqların hazırkı mərhələsi, ikitərəfliformatda indiyədək əldə olunmuş tərəqqi, keçmiş məcburi köçkünlərinəzəli torpaqlarına qayıdışı, bu prosesə ciddi əngəl törədən minatəhdidi barədə tərəf müqabilinə ətraflı məlumat verib.

Keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin nəticəsində itkindüşmüş azərbaycanlıların taleyinə aydınlıq gətirilməsi, minalarlaçirkləndirilmiş ərazilərin təmizlənməsi, habelə regionalbağlantıların bərpası istiqamətində Avropa İttifaqının mümkündəstəyindən bəhs olunub.

Avropa İttifaqının Ermənistandakı Missiyasının fəaliyyətinin vəAvropa Sülh Fondunun maliyyə yardımı hesabına Ermənistanınsilahlanlandırılmasının sülhə xidmət etmədiyi, əksinə, bu kimifəaliyyətlərin Azərbaycana qarşı revanşist meylləri gücləndirdiyivurğulanıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər ikitərəfli vəregional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Avropa
Avropa
Avropa
Seçilən
15
23
az.trend.az

10Mənbələr