AZ

Ukraynanın vurduğu Rusiya hərbi aerodromunda FV elan olundu

Rusiyanın Saratov vilayətində Ukraynanın dronla vurduğu Engels hərbi aerodromunun ərazisində yanğının qarşısını almaq getdikcə çətinləşir.

Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, zərbə nəticəsində aerodromun ərazisindəki yanacaq anbarında başlayan yanğın sürətlə güclənir.

Regionun qubernatoru Roman Busargin Telegram kanalında elan edib ki, "Dron hücumuna məruz qalan sənaye müəssisəsində yanğın sahəsinin artması ilə əlaqədar Engelsdə fövqəladə vəziyyət tətbiq ediləcək": “Təəssüf ki, hadisə nəticəsində iki nəfər həlak olub - Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə xidmətinin əməkdaşı, həmçinin bir mütəxəssis xəstəxanaya yerləşdirilib xüsusi nəzarət altındadır”.

Onun sözlərinə görə, gün ərzində Engelsdə yanğın bölgəsində Rospotrebnadzor idarəsinin mütəxəssisləri tərəfindən hava nümunələri götürülür. Normadan artıq çirkləndiricilər qeydə alınmayıb.

Musavat.com

Seçilən
26
musavat.com

1Mənbələr