“Azərbaycan Hava Yolları” QSC uçuşların təhlükəsizliyini təmin etmək məqsədilə Bakı-Kazan-Bakı marşrutu üzrə bütün uçuşları qeyri-müəyyən müddətə dayandırır.
“Bu yaxınlarda Rusiyanın Kazan üzərində hava məkanının bağlanması ilə əlaqədar AZAL uçuşların təhlükəsizliyini təmin etmək üçün Bakı-Kazan-Bakı marşrutu üzrə bütün reysləri qeyri-müəyyən müddətə dayandırır”, – deyə aviaşirkətdən bildirilib .
Yanvarın 8-də səhər saatlarında Federal Hava Nəqliyyatı Agentliyi məlumat verdi ki, Saratov, Ulyanovsk, Kazan və Nijnekamsk hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib.
AZAL-ın mətbuat xidməti yanvarın 8-nə planlaşdırılan Bakı-Kazan reysini təxirə salmağa məcbur olub.
DOĞRU.AZ