Amerika Birləşmiş Ştatları Ukraynaya 500 milyon dollar məbləğində yeni hərbi yardım paketi ayıracaq.
“Birləşmiş Ştatlar Ukraynaya mövcud ehtiyatlardan tez bir zamanda çıxarılan silahlar şəklində əlavə 500 milyon dollar vermək niyyətindədir”, - materialda deyilir.
Aydınlaşdırılır ki, Amerika prezidenti Co Bayden administrasiyası 2024-cü ilin noyabrında keçiriləcək seçkilərdə qalib gələn Donald Tramp dövlət başçısı vəzifəsinə başlamazdan əvvəl Kiyevin danışıqlar mövqeyini gücləndirməyə çalışır.