AZ

AQTİ yarım milyonluq xidməti avtomobil alacaq

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) "Lexus-Bakı" şirkəti ilə satınalma müqaviləsi bağlayacaq.

Valyuta.az xəbər verir ki, şirkət AQTİ-nin sedan tipli xidməti avtomobillərin satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib.

Tərəflər arasında bağlanacaq satınalma müqaviləsinin maliyyə dəyəri 448 800 manatdır. AQTİ bu məbləğə 4 ədəd avtomobil alacaq. Bu halda avtomobilinin birinin qiyməti 112 200 manata düşür.

Hüseyn

Seçilən
24
valyuta.az

1Mənbələr