AZ

Dünya çempionu döyüşmədən kəmərini itirə bilər

Mütləq dünya çempionu Naoya İnoue müvəqqəti kəmərin sahibi ilə görüşmək istəmədiyinə görə tezliklə WBA titulunu itirəcək.

Publika.az xəbər verir ki, yapon boksçu yanvarın 24-də IBF-nin məcburi rəqibi Sem Qudmana (19-0, 8 KO, Avstraliya) qarşı döyüşəcək. Bundan sonra İnouenin WBA üzrə müvəqqəti çempion Murodjon Axmadəliyevlə (Özbəkistan) görüşü planlaşdırılır.

Özbəkistandan olan boksçunun maraqlarını təmsil edən tanınmış promouter Eddi Hirn bildirib ki, yapon Murodjona qarşı rinqə çıxmaq fikrində deyil və buna görə də WBA titulunu itirəcək. Bu halda Əhmədəliyev tam hüquqlu çempion olacaq.

Seçilən
31
publika.az

1Mənbələr