Bakı, 9 yanvar, AZƏRTAC
Çadın paytaxtı Ncamena şəhərinin mərkəzində atəş səsləri eşidilir.
AZƏRTAC “Figaro”ya istinadla xəbər verir ki, təhlükəsizlik qüvvələrindəki mənbə silahlıların prezident sarayına hücum etdiyini bildirib. Şəhərin mərkəzinə gedən bütün yollar bağlanıb, tanklar küçələrə çıxıb.