“Boko Haram” terror qruplaşmasının üzvləri Çadın paytaxtında prezident sarayına hücum ediblər.
APA xəbər verir ki, bu barədə “Al Arabia” məlumat yayıb.
Məlumata görə, Çad silahlı qüvvələri hücumu dəf edib.
Qeyd olunur ki, paytaxtda vəziyyət hökumət qoşunlarının nəzarəti altındadır.