AZ

Liqa Kuboku: "Tottenhem" cütün ilk oyununda "Liverpul"u məğlub edib

Bakı, 9 yanvar , AZƏRTAC

İngiltərə Liqa Kubokunda yarımfinal mərhələsinin ilk oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Tottenhem" doğma meydanda "Liverpul"la qarşılaşıb. Görüş ev sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 86-cı dəqiqədə Lukas Berqval vurub.

Komandalar arasında cavab matçı fevralın 7-də reallaşacaq.

Yarımfinalın digər oyununda bu gün "Nyukasl" "Arsenal"ı qəbul edəcək.

Seçilən
42
2
azertag.az

3Mənbələr