AZ

İspaniyada xarici investorlar üçün “qızıl viza” müraciəti apreldə başa çatır

Müəllif: Tamara Mustafayeva, Banco.az

İspaniya 2013-cü ildən qüvvədə olan “qızıl viza”ya bu ilin aprel ayında son qoyacaq.

Banco.az xəbər verir ki, Senat və Məclisdə ötən noyabr ayında qəbul edilən və 3 yanvarda dövlətin rəsmi nəşrində yayımlanan qanuna əsasən "qızıl viza" tətbiqi 3 aprel tarixindən etibarən sona çatır.

Sözügedən viza tətbiqi Avropa İttifaqından (Aİ) kənar ölkələrin vətəndaşlarına İspaniyada sərmayə qoyduqları və ya ev aldıqları təqdirdə yaşayış icazələrinin verilməsini ehtiva edirdi. İqtisadi böhran səbəbilə həmin dövrdə sağçı hökumətin qərarı ilə 2013-cü ildə qüvvəyə minən bu tətbiq çərçivəsində 500 min avrodan yüksək dəyərdə ev alan və ya 1 milyon avrodan çox investisiya edən Aİ-yə daxil olmayan ölkələrin vətəndaşlarına "qızıl viza" verilirdi.

Statistikaya əsasən, İspaniyada indiyə qədər təxminən 15 min 300 xarici investor "qızıl viza"dan yararlanıb.

Bu tətbiqdən faydalananların 96 faizi bunu daşınmaz əmlak alışı ilə həyata keçirib. Faydalanan xarici ölkə vətəndaşlarının siyahısında isə Çin, Rusiya, İran, ABŞ və Venesuela ilk beşlikdə yer alıb.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
19
1
banco.az

2Mənbələr