AZ

“Tarixdə bu gün” - Salatın Əsgərova qətlə yetirilib

AzEdu.az Təhsil Portalı “Tarixdə bu gün” rubrikasına davam edir. 

 

9 yanvar harada nәlәr baş verib, kimlәr xatırlanır? Qısaca nәzәr salaq.

 

9 yanvar 1991-ci ildə Azərbaycanın Azərbaycanın Milli Qəhrəmanı Salatın Əsgərova qətlə yetirilib:

 

O, Qarabağ torpağının Laçın-Şuşa yolunda “Molodyoj Azerbaydjana” qəzetinin müxbiri idi. 9 yanvarda Salatın Əsgərova və üç rus hərbçisi erməni silahlıları tərəfindən qətlə yetirildi.

 

9 yanvar 1949-cu ildə Xalq artisti İlham Namiq Kamal- Əhmədov anadan olub:

 

O, teatr rejissoru, "İlham" Miniatür teatrının direktoru və bədii rəhbəri olan İlham Namiq həm də  ADMİU-nun "Musiqili teatr aktyoru" kafedrasının müdiridir. 

 

9 yanvar 1959-cu ildə Azərbaycan Milli Qəhrəmanı Mətləb Quliyev anadan olub:

 

Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi və Azərbaycan Pedoqoji İnstitutunu bitirən M.Quliyev 1992-ci ilin ilin avqustundan Ağdam bölgəsində erməni-rus birləşmələrilə döyüşdə şücaət göstərib və qəhrəmancasına həlak olub.

 

9 yanvar 1951-ci ildə BMT-nin Nyu-Yorkdakı mənzil qərargahı rəsmi mərasimlə açılıb.

Seçilən
21
azedu.az

1Mənbələr