AZ

Tayvan 7 hərbçini Çinə casusluqda ittiham edib

Tayvan Çindən pul aldığı iddia edilən, təqaüddə olan yeddi ordu zabitini casusluqda ittiham edib.

"Operativ Media" xəbər verir ki, bu barədə Tayvan prokurorluğu məlumat yayıb. 

Prokurorluğun məlumatına görə, həmin şəxslər Tayvan torpaqlarında yarımhərbi qruplar yaratmaq cəhdində şübhəli bilinirlər.

Qeyd olunub ki, şübhəlilər radar stansiyalarının, raket buraxılış qurğularının və Tayvandakı Amerika İnstitutunun fotoşəkillərini çəkərək Milli Təhlükəsizlik Aktını pozublar.

Seçilən
23
operativmedia.az

1Mənbələr