Bu gün "Qarabağ" və "Kəpəz" qış təlim-məşq toplanışları çərçivəsində ilk yoxlama oyunlarını keçirəcəklər.
"Operativ Media" xəbər verir ki, "Azərsun Arena"da baş tutacaq qarşılaşma saat 14:00-da start götürəcək. Görüşü yalnız media nümayəndələri izləyə biləcək.
Qeyd edək ki, Azərbaycan Premyer Liqasının 2-ci dövrəsi yanvarın 19-da start götürəcək.