AZ

Finlandiya hakimiyyəti Rusiya ilə sərhədi açmamaq qərarına gəlib

Finlandiya Rusiya Federasiyası ilə sərhədini açmayacaq.

Editor.az “İnterfaks”-a istinadla xəbər verir ki, bunu Finlandiyanın baş naziri Petteri Orpo jurnalistlərlə görüşü zamanı deyib. “Biz sərhədi aça bilmərik”,- deyə o bildirib. Orpo bunun şərq sərhədinə olan təhlükənin davamlı qiymətləndirilməsi ilə bağlı olduğunu vurğulayıb.

Qeyd edək ki, Yanvarın əvvəlində Finlandiya Daxili İşlər Nazirliyinin rəhbəri Mari Rantanen də analoji fikir bildirib. O, sərhədin növbəti bildirişə qədər bağlı qalacağını bildirib.

//Gülnarə Abasova, Editor.az

Seçilən
7
editor.az

1Mənbələr