Keçmiş futbolçu Emre Belözoğlu avtomobil qəzası keçirib. Qəza nəticəsində 44 yaşlı veteran yarımmüdafiəçinin ayağı ciddi xəsarət alıb.
Yenisabah.az xəbər verir ki, hadisə İstanbul şəhərində baş verib. Futbolçu ilkin müayinədən sonra evə buraxılıb.
Hazırda baş məşqçi kimi fəaliyyətini davam etdirən Emre Belözoğlu karyerası boyunca “Qalatasaray”, “İnter”, “Nyukasl”, “Fənərbaxça” və “Atletiko Madrid” kimi komandalarda çıxış edib.
O, Türkiyə futbolunun yetişdirdiyi ən yaxşı futbolçulardan hesab edilir.
Telegram kanalımız