Bakı. Trend:
Finlandiya-Rusiya sərhədi fin hökumətinin ehtiyat etdiyitəhdidlərə görə, yaxın perspektivdə bağlı qalacaq.
Trend xəbər verirki, bu barədə Finlandiyanın baş naziri Petteri Orpo jurnalistlərəaçıqlamasında deyib.
“Təhdidlərlə bağlı rəyimiz dəyişməyib”,- fin hökumət başçısıbildirib.
Orpo ehtiyat edir ki, sərhəd-nəzarət buraxılış məntəqələrininişini bərpa edəcəyi təqdirdə Rusiya sərhəddən saxta sənədlərləadamlar keçirə bilər.
“Məhz buna görə hal-hazırda eksperimental qaydada belə sərhədiaçmaq olmaz”, - baş nazir əlavə edib.
Xatırladaq ki, Finlandiya hökuməti 2023-cü ilin noyabr ayındanbəri Rusiya ilə quru sərhədini bağlayıb və bunu üçüncü ölkələrdənpotensial qaçqını axını ilə əsaslandırıb.