AZ

İran şeytan adlandırdığı ABŞ-la YAXINLAŞIR: Bakı və Ankara əleyhinə YENİ SİYASƏT – FOTO

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində regionda cərəyan edən proseslərə, o cümlədən İran-Azərbaycan münasibətlərinə diqqət çəkib. Bildirib ki, İranın əvvəlki hakimiyyəti ilə Azərbaycanın münasibətlərinin pisləşməsi rəsmi Bakının günahı ucbatından olmayıb.

Bununla bağlı bəzi məqamları xatırladan dövlətimizin başçısı vurğulayıb ki, İkinci Qarabağ müharibəsi başa çatandan, Laçın yoluna vizual müşahidə əldə ediləndən sonra İrandan gələn yanacaqdaşıyan yük maşınları müntəzəm olaraq Qarabağa Ermənistandan səfərlər ediblər. Bu barədə həm şifahi, həm də rəsmi xəbərdarlığa əhəmiyyət verməyən İran tərəfi Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə açıq-aşkar hörmətsizlik edib. Ardınca da Azərbaycana qarşı məlum hədə-qorxu addımları, təlimlər, bəyanatlar, hədələr başlayıb. Rəsmi Bakı da adekvat addımlar atıb. İran tərəfindən məsələnin tənzimlənməsi və sair xəbərlər gəlsə də, bunun əksinə olaraq Tehrandakı Azərbaycan səfirliyinə qarşı təşkil olunmuş terror aktı törədilib. Terroru törədən şəxs barəsində məhkəmə edam hökmü çıxarsa da bu, nəinki icra edilməyib, hətta iş yenə də istintaqa göndərilib.

İran şeytan adlandırdığı ABŞ-la YAXINLAŞIR: <span style=color:red>Bakı və Ankara əleyhinə YENİ SİYASƏT - FOTO

Prezident İlham Əliyev İranın əyalət mollası Seyid Amuli və onun kimilərin Azərbaycan və Türkiyə dövlət başçılarını hədəfə alan çıxışlarının, hətta təhqirlərinin də ölkələrimizarası münasibətlərə mənfi təsir etdiyini dilə gətirib: “Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, xalqımıza qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o, bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox? İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil. Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə, təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir”.

İran şeytan adlandırdığı ABŞ-la YAXINLAŞIR: <span style=color:red>Bakı və Ankara əleyhinə YENİ SİYASƏT - FOTO

Maraqlı məqam həm də ondan ibarətdir ki, Azərbaycan Prezidentinin yerli televiziya kanallarına müsahibəsindən bir gün sonra İran İslam Respublikasının Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədian Bakıya səfər edib və dövlət başçısı İlham Əliyevin qəbulunda olub. Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında siyasi, iqtisadi, nəqliyyat, enerji və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

İran şeytan adlandırdığı ABŞ-la YAXINLAŞIR: <span style=color:red>Bakı və Ankara əleyhinə YENİ SİYASƏT - FOTO

Dövlət başçısı İlham Əliyevin fikirlərini Medianews.az-a şərh edən politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan Prezidenti Bakı-Tehran münasibətlərinin real vəziyyətini, mövcud gərginliyin səbəbini bənd-bənd izah edib.

İran şeytan adlandırdığı ABŞ-la YAXINLAŞIR: <span style=color:red>Bakı və Ankara əleyhinə YENİ SİYASƏT - FOTO

Onun sözlərinə görə, ölkə rəhbərinin cavabından aydın olur ki, Azərbaycanın Qarabağ üzərində suverenliyini bərpa etməsi Fransa ilə yanaşı, İranı da narahat edib: “Prezidentin təəbirincə desək, necə ki, Azərbaycanın qələbəsini Fransa öz məğlubiyyəti kimi qəbul edib, eyni sözləri İrana aid etmək olar. İlham Əliyevin İranın Ermənistan üzərindən Qarabağ separatçılarına daşıdığı yanacaq barədə söylədikləri bunun sübutudur. Dövlət başçısının “əyalət mollası” adlandırdığı Ərdəbilin cümə imamı Seyid Amulinin ilk dəfə deyil ki, onu və azərbaycanlıları təhqir etdiyini bildirdi. İlham Əliyev bu haqda danışarkən ritorik sual səsləndirdi: “Onu həmin vəzifəyə təyin edən şəxs əyalət mollasının təhqiramiz fikirlərin barədə nə düşünür?” Burada dövlət başçısı İranın ali dini liderini nəzərdə tutub. Başqa sözlə, dövlət başçısı ona işarə edib ki, əyalət mollası özbaşına danışmır, onu danışdıranlar var. Təəssüf ki, Amuli kimilərini danışdıranlar iki ölkə arasında normal münasibətlərinin qurulmasını istəmirlər, elə Azərbaycan səfirliyinə hücum edən terrorçunu da məhz buna görə qoruyurlar”.

İran şeytan adlandırdığı ABŞ-la YAXINLAŞIR: <span style=color:red>Bakı və Ankara əleyhinə YENİ SİYASƏT - FOTO

Politoloq E.Şahinoğlu söyləyib ki, İranın azərbaycanəsilli yeni Prezidenti Məsud Pezeşkian münasibətlərin normallaşmasında maraqlı görünsə də Tehrandakı mühafizəkarlar buna imkan vermirlər. Onun qənaətincə, İranda ciddi nüfuza və təsir rıçaqlarına sahiblənən mühafizəkarlar Azərbaycan və Türkiyəyə qarşı açıq siyasət yürüdürlər: “İranın televiziya kanallarında qonşu Azərbaycana qarşı təxribatçı çıxışlar anormal sayılmır, ancaq iranlı ekspertlərdən birinin “İran İraqda olduğu kimi Suriyada da ABŞ-la birgə hərəkət etməli, silahlı kürdlərə dəstək verməlidirlər” sözləri normal sayılır. Jurnalistin “kimə qarşı ABŞ-la birgə hərəkət etməliyik” dəqiqləşdirici sualına iranlı ekspert rahat şəkildə “Türkiyəyə qarşı” cavabını verib. Deməli, İran müsəlman ölkəsi olan qonşusu Türkiyəyə qarşı şeytan adlandırdığı Amerika ilə birgə fəaliyyətə üstünlük verir. Bu həmin ekspertin şəxsi fikri və qənaəti deyil, Tehranda və Qumda belə düşünənlərin sayı az deyil. Türkiyəni hədəf seçən Azərbaycanı da hədəf seçər. İranlı rəsmilərin Azərbaycana səfərlərinə və Bakıya etdikləri telefon zənglərinə baxmayaraq, qonşu ölkədəki mühafizəkar qruplar bizə qarşı təxribatlarını davam etdirəcəklər. İranda xarici siyasəti müəyyənləşdirən vahid mərkəz yoxdur. Tutaq ki, İran Prezidenti Azərbaycan və Türkiyə ilə tərəfdaşlıq münasibətlərinin normallaşmasını istəyir, isti mesajlar göndərir, üstündən bir neçə gün keçir ali dini liderin hansısa nümayəndəsi Azərbaycan və Türkiyə ilə bağlı ağzına gələni danışır və həmin fikirlər televiziya kanalları vasitəsilə İranın hər yerinə yayılır. İran Prezidenti nə qədər xoş niyyətli olsa da, onun başı üstündən qərar verənlər normallaşmanın əleyhinədirlər”.

Ərtürk İSMAYIL

Seçilən
38
50
medianews.az

10Mənbələr