AZ

Yaponiya Hava Yollarına məxsus təyyarənin təkəri eniş zamanı partlayıb

Bakı, 9 yanvar, AZƏRTAC

Yaponiya Hava Yollarına məxsus sərnişin təyyarəsinin təkəri Tokionun Haneda hava limanına enərkən partlayıb.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, hadisə nəticəsində hava limanında uçuş-enmə zolağı müvəqqəti olaraq bağlanıb və bu, 15 reysə təsir edib.

Nəqliyyat Nazirliyinin Tokio hava limanı ofisindən verilən məlumata görə, 65 sərnişindən və ekipaj üzvlərindən heç biri xəsarət almayıb. Uçuş-enmə zolağı təxminən 25 dəqiqə bağlı qalıb.

Seçilən
22
1
azertag.az

2Mənbələr