"Prezident İlham Əliyev çıxışında 2024-cü ilin iqtisadi nəticələrini ətraflı təhlil edərək, qeyri-neft sektorunda əldə edilən 6%-dən çox artımı xüsusi vurğuladı. Ölkəmiz artıq uzun illərdir ki, neftdən asılılığın azaldılması, qeyri-neft sənayesinin inkişaf etdirilməsi və ixrac potensialının artırılması istiqamətində ardıcıl islahatlar həyata keçirir. Bu istiqamətdə həyata keçirilən siyasət, Azərbaycanın dayanıqlı və müasir iqtisadiyyat quruculuğunda mühüm mərhələni təşkil edir". "Olaylar" xəbər verir ki, bunu YAP Gənclər Birliyinin sədr müavini Fəsli Nəbiyev deyib: "Maliyyə sahəsində də əhəmiyyətli nailiyyətlər əldə edilmişdir. Azərbaycanın xarici borcu ümumi daxili məhsulun cəmi 7.2%-ni təşkil edir ki, bu da ölkəmizi dünya miqyasında lider mövqelərdən birinə yerləşdirir. Eyni zamanda, valyuta ehtiyatlarımızın 72 milyard dollara çatması, ölkəmizin iqtisadi dayanıqlığının və daxili resurslara söykəndiyini bir daha təsdiq edir. Rekord səviyyəli dövlət büdcəsinin 48 milyard manatı keçməsi və bununla yanaşı sosial layihələrə ayrılan vəsaitlərin artması ölkənin iqtisadi inkişafının və sosial rifahın harmonik şəkildə təmin edildiyini göstərir.
Azərbaycan hökuməti sosial siyasəti hər zaman prioritet istiqamət kimi müəyyən etmişdir. Prezident İlham Əliyev çıxışında minimum əməkhaqqının 400 manata, minimum pensiyanın isə 320 manata çatdırılmasını diqqətə çatdırdı. Sosial müdafiə sahəsindəki bu artımlar, dövlətin aztəminatlı və həssas təbəqələrin rifahını artırmaq məqsədilə həyata keçirdiyi ardıcıl siyasətin davamıdır. Son illərdə icra edilən dörd böyük sosial paket çərçivəsində 7 milyard manatdan çox vəsait xərclənmişdir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31