AZ

İmtahana bir neçə gün qalmış dərsə yox,əyləncəyə önəm verilməlidir

Hər il ali məktəbə qəbul olmaq üçün buraxılış və qəbul imtahanları həyata keçirilir. Əlbəttə, abituriyentlər bu mərhələyə çox ciddi şəkildə hazırlaşırlar. Lakin onların bəziləri imtahana hazırlıq prosesini son aylara, hətta son həftələrə belə saxlayırlar.

 

Maraqlıdır, bu hal abituriyentlərin nəticələrinə necə təsir edə bilər?

 

Sözügedən məsələ ilə bağlı AzEdu.az-a açıqlama verən Əməkdar müəllim, sabiq deputat Sona Əliyevanın sözlərinə görə, imtahana azı iki-üç gün qalmış abituriyentlər ümumiyyətlə hazırlıq prosesini dayandırmalıdırlar:

 

"Abituriyentlər qidalanmaya və imtahan öncəsi əyləncələrə daha çox önəm verməlidirlər. Bu fikri bir çox pedaqoqlar, eləcə də mütəxəssislərin araşdırmaları da təsdiqləyir. İmtahana bir neçə saat qalmış dərs təkrarlamaq şagirdlərdə adrenalini daha da artırır ki, bu da onların imtahan prosesində həyəcanlanmasına gətirib çıxarır. Həyəcan isə nəticələrə mənfi təsir edə bilər. Ümumiyyətlə, imtahana hazırlaşan hər bir şəxs hazırlıq prosesini özü tənzimləməlidir. Əgər orta məktəb dövründə baza dərsləri uğurlu olubsa, son mərhələdə özlərinə bu qədər əzab verməyə də dəyməz. Son aylarda ciddi hazırlaşma mərhələsi, özünü yükləmələr, həm də valideyn təzyiqləri özünü göstərməyə başlayır”.

 

Həmsöhbətimizin bildirib ki, valideynlər də bu məsələlərdə övladlarına sərbəstlik verməlidirlər:

 

"Əgər 11 illik təhsil müddətində baza təhsili yaxşı olmayıbsa, son aylarda, həftələrdə “ağır rejimə” keçməyə ehtiyac yoxdur. Ümumiyyətlə, indiki təhsil prosesi şagirdləri daha aşağı siniflərdən hazırlıqlara yönəltməyə sövq edir. Bu da baza təhslininin fundamentinin yaxşılaşdırılması baxımından önəmlidir",- deyə fikrini tamamlayıb.

Seçilən
22
azedu.az

1Mənbələr