AZ

“Paşinyan sülh sazişi imzalamasa, seçkini uduzacaq" - Zərdüşt Əlizadə



“Məlum olduğu kimi, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək. O vaxta qədər Nikol Paşinyana müsbət nəticələr lazımdır. Bu müsbət nəticə isə Azərbaycanla əldə edilmiş sülh müqaviləsi, sərhədlərin açılması, nəhayət, müharibə təhlükəsinin olmamasıdır. Sadalananlar Paşinyan üçün vacib amillərdir”.

Bu fikirləri Bakupost.az -a politoloq Zərdüşt Əlizadə bildirib.


O qeyd edib ki, əgər sadalananlar öz həllini taparsa, onda Paşinyanın partiyasına seçkilərdə qələbə qazanmaq imkanı yaranacaq:

"Bundan başqa variant yoxdur. Çünki Azərbaycanla yeni müharibə Ermənistanın məğlubiyyəti və nəhayət, Paşinyanın növbəti seçkilərdə uduzması deməkdir. Bu mənada sülh Azərbaycandan çox Ermənistana lazımdır”.

Sevinc,
BakuPost

Seçilən
36
48
bakupost.az

10Mənbələr