AZ

Ermənistan hökuməti Aİ-yə üzvlük prosesinin başlanmasını dəstəkləyib

Ermənistan hökuməti ölkənin Avropa İttifaqına daxil olması prosesinin başlanması ilə bağlı qanun layihəsini dəstəkləyib...

Poliqon erməni mətbuatına əsasən xəbər verir ki, Ermənistan Respublikası hökuməti yanvarın 9-da keçirilən iclasında “Ermənistan Respublikasının Avropa İttifaqına qoşulması prosesinin başlanması haqqında” Ermənistan Respublikasının qanun layihəsini təsdiqləyib.

Hökümətin iclasında məsələni Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan gündəliyə çıxarıb.

“Mülki təşəbbüs kimi Ermənistanın Aİ-yə daxil olması prosesinin başlanmasına dair qanun layihəsi parlamentə baxılmaq üçün təqdim edilib və indi hökumət öz mövqeyini bildirməlidir. Biz bir neçə halı nəzərə alaraq müsbət mövqe bildirməyi təklif edirik”, deyə Mirzoyan qeyd edib.

Mirzoyan bildirib ki, son illərdə Ermənistanla Aİ arasında kifayət qədər gərgin və dinamik münasibətlər var.

“Aİ müxtəlif hallarda Ermənistanda demokratiyaya güclü siyasi dəstəyini ifadə edib. Mən Aİ-nin mülki monitorinq missiyasının yerləşdirilməsini nəzərdə tuturam. Aİ həmçinin Ermənistanın iqtisadi dayanıqlığının gücləndirilməsinə kömək etməyə hazır olduğunu bildirib. Aydındır ki, Aİ-nin çox zəngin demokratik ənənələri, güclü demokratik təsisatları, azad rəqabət mühiti, müasir iqtisadiyyatı, inkişaf etmiş elmi var”, deyə Ermənistanın xarici işlər naziri əlavə edib.

Xatırladaq ki, ötən il bir neçə ay müddətində Ermənistanda Aİ-yə üzvlük prosesinə başlamaq üçün imza toplanmışdı.

Poliqon.info

Seçilən
6
24
poliqon.info

10Mənbələr