“Putin hələ 2007-ci ildə Avropaya xəbərdarlıq etmişdi”.
Sfera.az bildirir ki, bunu Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik deyib.
O, jurnalistlərə müsahibəsində Rusiya prezidentinə haqq qazandırdığını açıqlayıb:
“Avropa? O, Ukrayna müharibəsində milyardlarla pul itirib və itirir. Amma kim qalib gəlir? Putin…Çünki o, əvvəldən haqlı idi. Hələ 2007-ci ildə, Münhen Təhlükəsizlik Konfransında o, Avropaya xəbərdarlıq etmişdi ki, savaşa gedərsə, heç bir şey əldə edə bilməyəcək”.
Dodik həmçinin xatırladıb ki, həm ABŞ, həm də Almaniya tərəfindən etiraf edilən Minsk razılaşmalarını pozan Ukrayna olub: “Bəs bütün dünya Putini nəyə görə günahlandırır?”, - ölkə başçısı təəccübünü ifadə edib.
Günay