AZ

Ağdam Sənaye Parkında günlük istehsal olunan ayaqqabıların sayı məlum olub (FOTO)

Ağdam. Trend:

Hazırda Ağdam Sənaye Parkında günlük 900-1100 cüt məhsulistehsal olunur.

Trend xəbər verir ki, AğdamSənaye Parkında yerləşən “BAFCO İnvest” MMC-nin ayaqqabı istehsalıfabrikində 2024-cü il aprelin 1-dən müxtəlif təyinatlıayaqqabıların və poliuretan çəkmələrin istehsalına başlanılıb.

Məlumata görə, fabrikə ümumi 12 milyon manat sərmayə qoyulub.Bütün avadanlıqlar Almaniyanın “Desma” markasına məxsusdur.Fabrikin istehsal gücü xüsusi təyinatlı ayaqqabılar üzrə ildə 360min cüt, poliuretan çəkmələr üzrə isə ildə 150 min cütdür.

Fabrikdə hazırda 70 nəfər işçi çalışır ki, onlardan 50 nəfəriAğdam və ətraf rayonlardandır. Bu yaxınlarda ikinövbəli iş rejiminəkeçilib. 2025-ci ilin ortalarına işçi sayının 100 nəfərəçatdırılmasını planlaşdırılır.

“BAFCO İnvest” MMC 2024-cü ilin noyabr ayında EN İSO uyğunluqsertifikatına layiq görülüb. Bu sertifikat fabrikin məhsullarınınAvropa və dünyanın digər bazarlarına ixracına imkan yaradır.

2024-cü ildə yalnız Azərbaycan bazarı üçün məhsullar istehsaledilib və satılıb. Sertifikat əldə olunduğuna görə MDB ölkələrinəvə Avropa bazarına da çıxmaq planlaşdırılır. Avropa ölkələrindənİspaniya, İtaliya, Çexiya və Almaniya ilə danışıqlar aparılır,artıq onlara nümunələr göndərilib.

Qeyd edək ki, “BAFCO İnvest” MMC 2023-cü ilin mart ayında AğdamSənaye Parkının rezidenti kimi qeydiyyata alınıb. Prezident İlhamƏliyev 2024-cü il sentyabrın 19-da fabrikin açılışında iştirakedib.

Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Ağdam
Məqalədə:
Seçilən
21
az.trend.az

1Mənbələr