AZ

Naxçıvanda özəlləşdirmədən daxilolmalar 23 %-dən çox artıb

2024-cü ildə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xətti ilə dövlət əmlakının özəlləşdirilməsindən daxilolmalar 2,8 milyon manata yaxın olub.

Bu barədə "Report"un yerli bürosuna muxtar respublikanın İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu, 2023-cü illə müqayisədə 23,5 % çoxdur.

Hesabat dövründə Xidmət tərəfindən 220 dövlət əmlakı özəlləşdirilib ki, bu da 2023-cü illə müqayisədə 39,2 % çoxdur.

Seçilən
27
2
report.az

3Mənbələr