AZ

Əsəd rejiminə arxa-dayaq–Ermənistan– ÖZƏL

"Suriyanın keçmiş rejiminin Ermənistanla əlaqələri sirr deyil və onlar arasındakı əlaqələr yanlız Əsəd rejimi ilə də məhdudlaşmır. Belə ki, Osmanlı imperiyasi və ondan sonrakı dönəmdə də Suriya ərazisində erməni diasporası aktiv olub. Suriyanı n bir müddət Fransanın müstəmləkəsi olduğunu nəzərə alsaq, Fransanın həm ermənilər, həm də Suriyadakı təsiri və rolu bu əlaqələrin inkişafına təsir edib. Hələ Sovetlər Birliyi dönəmindən də Ermənistanın Suriya ilə əlaqələri mövcud idi. Sovetlər Birliyi dönəmində Ermənistan çox az respublikalardan biri idi ki, onun xariclə birbaşa təyyarə əlaqələri var idi. O zamanlar İrəvandan Dəməşqə də aviareyslər mövcud idi. 1948-1952-ci illərdə 150 minə yaxın erməni Suriya, Livandan Ermənistana gətirilib azərbaycanlıların qovulduqları ərazidə yerləşdirilib". 

Bu fikirləri siyasi şərhçi Oqtay Qasımov Olaylar.az-a açıqlamasında bildirib:

"1980-ci illərdən də Suriya ərazisində fəaliyyət göstərən terrorçu qruplaşmalar, o cümlədən Qarabağa göndərilən xeyli sayda terrorçular məhz Suriyada təlim keçərək Ermənistana gəliblər. Bəşər Əsədin atası Hafiz Əsədin dövründən başlayaraq bu əlaqələr intensiv xarakter daşıyır və Ermənistan müstəqilliyini əldə etdikdən sonra onu ilk tanıyan dövlətlərdən biri Suriya olmuşdur. Məhz Suriyanın Əsəd rejiminin Türkiyə ilə olan düşmən münasibəti Ermənistanı dəstəkləməsinə əsas səbəblərdən biri idi. Çünki  vaxtilə Fransadan sonra SSRİ-nin təsiri altında olması və NATO ölkəsi olan Türkiyəyə qarşı Suriyadan istifadə edilməsi də bu prosesin tərkib hissəsidir. Müstəqillik dövründə Ermənistanın ilk prezidenti də Suriya ermənisi olan Levon Ter-Petrosyan idi, bu isə bir çox mətləbləri açır. Qarabağa göndərilən muzdlu terrorçuların əksəriyyəti Suriyada doğulmuş və orada təlim görmüş terrorçular idi. Suriya bu və digər formada Ermənistana hərbi, iqtisadi, siyasi cəhətdən dəstək verən əsas ölkələrdən biri idi. Bu münasibətlər də kifayət qədər ciddi şəkildə davamlı inkişaf edib. Bəşər Əsədin dövründə də bu münasibətlər maksimal səviyyəyə qədər qalxıb. 2015-ci ildən sonra hətta qərbyönlü Paşinyan belə Suriyaya göndərilən Rusiya hərbi qüvvələrinin tərkibində erməni hərbçilərinin də olduğunu görməkdəyik. Ermənilər vətəndaş müharibəsi dövründə də Bəşər Əsədin yanında yer alaraq, onu müdafiə edib".

Zeynəb Rzayeva

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
18
olaylar.az

1Mənbələr