AZ

Tələbələr üçün MÜHÜM PLATFORMA: Qlobal bilik mənbələrinə ÇIXIŞ İMKANI – FOTO

MOOC (Massive Open Online Course – Kütləvi Açıq Onlayn Kurs) platformaları, geniş bir auditoriyaya açıq olan və onlayn şəkildə təqdim edilən kurslardır. Bu kurslar, müxtəlif sahələrdə bilik və bacarıqlar öyrənmək istəyənlər üçün əlverişli və sərbəst bir tədris imkanı yaradır.

MOOC-lar adətən universitetlər, təhsil təşkilatları və ya müstəqil platformalar tərəfindən hazırlanır və təqdim olunur. Tarixinə nəzər salsaq, görərik ki, bu ifadə ilk dəfə “The New York Times” tərəfindən istifadə edilib.

Qeyd edək ki, MOOC-ların əsası 2008-ci ildə qoyulub. İlk belə kurslardan biri “Connectivism and Connective Knowledge” adlanıb və George Siemens və Stephen Downes tərəfindən tədris olunub.

Tələbələr üçün MÜHÜM PLATFORMA: <span style=color:red>Qlobal bilik mənbələrinə ÇIXIŞ İMKANI - FOTO

2012-ci il MOOC-ların sürətli inkişaf etdiyi və təhsil tarixində mühüm dönüş nöqtəsi hesab olunan bir il olduğundan həmin il dünyada MOOC-ların ili” (“Year of the MOOC”) olaraq tanınır.

Məşhur MOOC platformaları və onların xüsusiyyətləri haqqında məlumat verək:

1. “Coursera” – Bu platforma dünyanın ən yaxşı universitetləri və şirkətləri ilə (Stanford, Yale, Google, IBM) tərəfdaşlıq edir. Universitet səviyyəli kurslar, sertifikat proqramları, hətta tam dərəcə proqramları təqdim edən “Coursera”nın bəzi kursları pulsuz, sertifikatları isə ödənişlidir.

2. “edX” – Bu platforma Harvard, MIT və digər aparıcı universitetlər tərəfindən yaradılıb. Onun akademik kursları, “MicroMasters” və “Professional Certificate” proqramları mövcuddur. Açıq kodlu platforma olan “edX” pulsuz kurslar təşkil etməklə yanaşı, ödənişli sertifikat seçimi imkanı da verir.

3. “Udemy” – Bu platforma daha çox praktiki və professional bacarıqlara yönəlmiş kurslar (İT, dizayn, fotoqrafiya, musiqi və s.) təqdim edir. Burada hər kəs kurs yarada bilər, yəni geniş kurs seçimi var. “Udemy”da kurslar adətən ödənişlidir, amma tez-tez endirim kampaniyaları da olar bilir.

Tələbələr üçün MÜHÜM PLATFORMA: <span style=color:red>Qlobal bilik mənbələrinə ÇIXIŞ İMKANI - FOTO

4. “Khan Academy” – Bu platformanın məqsədi məktəb və universitet təhsili səviyyəsində pulsuz resurslar təqdim etməkdir. Tamamilə pulsuz olan kurslar əsasən riyaziyyat, təbiət elmləri, tarix və digər fundamental sahələri əhatə edir.

5. “FutureLearn” – Bu platforma Böyük Britaniya universitetləri və təşkilatları ilə əməkdaşlıq edir. Bəzi kursları pulsuz, lakin premium xidmətləri ödənişli olan bu platforma karyera inkişafı, akademik təhsil və fərdi inkişaf üçün kurslar təşkil edir.

6. “LinkedIn Learning” (əvvəlki Lynda.com) – Bu platforma peşəkar bacarıqların inkişafı (texnologiya, idarəetmə, marketinq və s.) üzrə fokuslanmışdır. Burada “LinkedIn” profili ilə inteqrasiya, tamamlanan kursları profilə əlavə etmək imkanı vardır. Platforma ödənişli olsa da, pulsuz sınaq dövrü təklif olunur.

7. “Skillshare” – Bu platforma yaradıcılıq, biznes və texnologiya sahələrində qısa və praktiki kurslar təklif edir. Onun tələbələr və müəllimlər arasında interaktivlik imkanı mövcuddur.

MOOC-larla bağlı dünyada təcrübəsinə baxsaq, görərik ki, indiyədək ən populyar kurs Andrew Ng-in “Coursera”da təqdim etdiyi “Machine Learning” kursu olub. Çünki bu kurs milyonlarla iştirakçı toplayıb.

Tələbələr üçün MÜHÜM PLATFORMA: <span style=color:red>Qlobal bilik mənbələrinə ÇIXIŞ İMKANI - FOTO

Ən çox iştirakçısı olan kurs isə, 2011-ci ildə Stanford Universitetində Sebastian Thrun tərəfindən keçirilən “Artificial Intelligence” kursu olub. Bu kurs MOOC olaraq təklif ediləndə 160,000-dən çox tələbəni cəlb edib.

Statistikaya görə, ümumilikdə, MOOC-lara yazılan tələbələrin yalnız 5-15%-i kursu tamamilə bitirir. Bu isə sərbəst təhsil modelində motivasiyanın əhəmiyyətini göstərir.

Qeyd edək ki, MOOC-lar təkcə video dərslərlə məhdudlaşmır. Bəzi platformalar “Artırılmış Reallıq” (“AR”) və “Virtual Reallıq” (“VR”) texnologiyalarını tətbiq edərək daha interaktiv təhsil təcrübəsi yaradır.

Süni intellekt tutorları istifadəçilərə fərdi yanaşma təqdim edir. Məsələn, “Coursera”da “AI” əsaslı testləri buna nümunə göstərək bilərik.

Hazırda “Google”, “IBM” və “Amazon” kimi şirkətlər bəzi MOOC sertifikatlarını işə qəbul zamanı nəzərə alır. Məsələn, “Google”un “IT Support Professional Certificate” kursu iş imkanları yaradır.

“LinkedIn”də profilə MOOC sertifikatlarını əlavə etmək istifadəçilərin görünürlüğünü artırır.

Maraqlıdır ki, “COVID-19” pandemiyası zamanı MOOC-ların istifadə sayı əhəmiyyətli dərəcədə artıb. Belə ki, “Coursera” və “edX” 2020-ci ildə milyonlarla yeni istifadəçi qazanmışdır. Çünki təhsil müəssisələrinin bağlanması ilə MOOC-lar qlobal təhsil ehtiyaclarını qarşılamaq üçün əsas vasitələrdən birinə çevrilib.

Tələbələr üçün MÜHÜM PLATFORMA: <span style=color:red>Qlobal bilik mənbələrinə ÇIXIŞ İMKANI - FOTO

Ümumilikdə götürdükdə, MOOC-ların bir sıra üstünlükləri vardır. Bunlardan ən önəmlisi sərbəstliyin olmasıdır. Belə ki, istənilən vaxt və məkandan öyrənmək imkanı olur. Maddi baxımdan əlverişlidir. Belə ki, pulsuz və ya münasib qiymətlərlə keyfiyyətli təhsil almaq imkanı vardır. Bundan başqa, geniş seçim imkanı mövcuddur. Yəni çoxsaylı müxtəlif mövzular və səviyyələr üzrə kurslar əldə etmək olur.

Lakin bütün bu üstünlükləri ilə yanaşı, təəssüf ki, MOOC-ların çatışmazlıqları da vardır. Ən böyük qüsuru motivasiya kasadçılığının yaranmasıdır. Belə ki, onlar fərdi öyrənmə tələb etdiyi üçün bəzi insanlar üçün çətin ola bilir.

Digər çatışmazlığı sertifikatların tanınması problemi ilə bağlıdır. Belə ki, bəzi sertifikatlar formal təhsillə eyni səviyyədə qəbul olunmaya bilir.

Ölkəmizə gəldikdə, qeyd edək ki, MOOC-ların istifadəsi gün keçdikcə artmaqdadır. Bəzi universitetlər və təhsil mərkəzləri tələbələrinə “Coursera”, “edX” və digər platformalardan istifadə etməyi tövsiyə edir. Bununla yanaşı, ABŞ Dövlət Departamentinin təşəbbüsü ilə həyata keçirilən “MOOC Camp” proqramı çərçivəsində müxtəlif ölkələrdə, o cümlədən Azərbaycanda MOOC-lar üzrə müzakirələr və təlimlər təşkil olunur.

Beləliklə, deyə bilərik ki, MOOC-lar bütün dünyada, o cümlədən Azərbaycanda təhsilin əlçatanlığını artırmaq və tələbələrin qlobal bilik mənbələrinə çıxışını təmin etmək baxımından mühüm rol oynayır.

Yunis Xəlilov

Naxçıvan Dövlət Universitetinin “Ümumi Hüquq” kafedrasının müəllimi, hüquqşünas

Tələbələr üçün MÜHÜM PLATFORMA: <span style=color:red>Qlobal bilik mənbələrinə ÇIXIŞ İMKANI - FOTO

Seçilən
19
medianews.az

1Mənbələr