İstanbulun Şişli şəhərində 6 yaşlı Şirin Elmas Hanilçini öldürən müttəhim Mustafa Örün \"qəsdən adam öldürmə\" cinayətindən ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilib.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbulun Şişli ərazisində baş verib.
Təqsirləndirilən şəxs \"cinsi zorakılıq\" cinayətinə görə 30 il, \"şəxsin azadlıqdan məhrum edilməsi\" cinayətinə görə isə 21 il müddətinə azadlıqdan məhrum edilib.
Verilən xəbərdən sonra İstanbul polisi kiçik qızın evi ətrafındakı təhlükəsizlik kameralarını araşdırmağa başlayıb. Görüntülərdə Şirinin sonuncu dəfə orta yaşlı bir kişi ilə göründüyü və onun Feriköy qəbiristanlığı yaxınlığında yoxa çıxdığı müəyyən edilib.
Polis tərəfindən sorğu-sual edilən 49 yaşlı Mustafa Örün kamera görüntüləri göstərildikdə cinayətini etiraf edib.
Şübhəli şəxs ifadəsində Şirini Feriköy qəbiristanlığında iki məzar arasında yaylığı ilə boğaraq qızı öldürdüyünü boynuna alıb.
Polis qrupları ilə həmin əraziyə gedib və qızın cəsədini tapıb.
İddianamədə, müttəhim Mustafa Örünün zorakılıqdan sonra dəlilləri ortadan qaldırmaq, cinayəti gizlətmək və yaxalanmamaq üçün Şirini öldürmək qərarına gəldiyi və onun ağzına doldurduğu yaylığı çıxarıb boynuna doladığı qeyd edilib.
Oksana