AZ

Rauf Qurbanov: “Bu hadisəni Azərbaycan-Rusiya dostluğuna xələl gətirməyə çalışanlar törədib”

Yazını böyüt
Yazını kiçilt

“2024-cü il, dekabrın 25-də Qroznı səmasında baş vermiş faciə ümumilikdə Azərbaycan xalqına qarşı yönəlmiş bir cinayətdir. Törədilmiş cinayət araşdırılmalı və cinayətdə rolu olan hər kəs qanun qarşısında cavab verməlidir. Bu Azərbaycan prezidenti və xalqının tələbidir”.

Bunu Hafta.az-a siyasi icmalçı Rauf Qurbanov bildirib.

R.Qurbanovun fikrincə, bu hadisə Azərbaycan-Rusiya dostluq və mehriban qonşuluq münasibətlərinə kölgə salamq istəyən maraqlı dairələr tərəfindən həyata keçirilib.

"Tarixdə belə hadisələr olur. Vaxtilə Rusiyanın Türkiyədə qətlə yetirilmiş diplomatı və ya Rusiyaya məxsus təyyarənin Türkiyənin Hava Hücumundan müdafiə qüvvələri tərəfindən vurulması və pilotun öldürülməsi bu səpkili hadisələrdəndir. Lakin, o vaxt hər iki ölkə liderlərinin məsələyə təmkinlə yanaşması və törədilmiş hadisəyə düzgün qiymət verməsi nəticəsində Rusiya-Türkiyə münasibətlərinə xələl gəlmədi. Ümüd edirəm ki, Azərbaycana qarşı törədilmiş bu hadisə də tam dəqiqliyi ilə araşdırılacaq, cinayət törətmiş insanlar öz layiqli cəzalarını alacaq və Azərbaycan-Rusiya dostluğuna xələl gətirməyə çalışan qüvvələr istədiklərinə nail ola bilməyəcəklər”, - o deyib.

Seçilən
3
hafta.az

1Mənbələr