AZ

Paşinyan Azərbaycanla sülhə nail olmaq üçün təkliflərini açıqladı

Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sülhə nail olmaq üçün təklifləri məlum olub...

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o, özünün "Telegram" kanalında yazıb.

Erməni hökumət başçısının regionda uzunmüddətli sabitlik və sülhün qurulması üçün 10 addımdan ibarət siyahısını təqdim edirik:

- Qarşılıqlı olaraq eskalasiya yaradan nitqdən imtina;

- Sərhədlərin delimitasiyası prosesini davam etdirmək;

- Artıq 90% hazır olan sülh müqaviləsinin imzalanması;

- Atəşkəs rejiminin pozulmasının birgə araşdırılması mexanizminin tətbiqi;

- İtkin düşmüş şəxslərin taleyini müəyyən etmək üçün əməkdaşlıq etmək;

- Qarşılıqlı iddialardan, o cümlədən beynəlxalq məhkəmələrdəki iddialardan imtina etmək;

- Sülh müqaviləsinin bəndlərinin tam və səmərəli yerinə yetirilməsi istiqamətində işləmək;

- Silahlanma üzərində nəzarət mexanizmini yaratmaq;

- Sülh təsdiqləndikdən sonra birgə peşəkar ekspert komissiyası yaradaraq hər iki ölkədən yurdlarını tərk etmiş şəxslərlə bağlı məsələləri müzakirə etmək;

- ATƏT-in Minsk qrupunu buraxmaq.

Poliqon.info

 

 

Seçilən
13
6
poliqon.info

6Mənbələr