Bakı. Trend:
Dövlət Neft Şirkətinin (SOCAR) Tükiyədə fəaliyyət göstərən STARneft emalı zavodu (NEZ) 2025-ci ildən başlayaraq hər il İstanbulaeroportuna 700 min ton aviayanacağın tədarükü ilə bağlı stratejitərəfdaşlıq elan edib.
Trend xəbər verir ki,razılaşma üç il müddətini əhatə edir və dünyanın ən iri havalimanlarından biri üçün sabit və etibarlı yanacaq tədarükünün təminedilməsi yolu ilə aviasiya sektorunu möhkəmləndirmək məqsədidaşıyır.
"Biz strateji əməkdaşlığımızdan qürur duyuruq, çünki bu,aviasiya sahəsini dəstəkləyən sədaqətimizi vurğulayır", — şirkətdənbildirilib.
Qeyd edək ki, STAR neft emalı zavodu 2018-ci ilin oktyabr ayındafəaliyyətə başlayıb. Zavod ümumilikdə 6.3 milyard dollarinvestisiya hesabına inşa edilib; həmin məbləğdən 3,3 milyarddolları kredit yolu ilə cəlb edilib.
STAR Türkiyənin ən iri neft emalı zavodu hesab olunur, ölkəninneft məhsullarına olan tələbatının 18 faizini ödəyir. Bu yaxınlardahəyata keçmiş təmir işlərindən sonra zavodun istehsalatı 13 milyontonu ötüb.